Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanın gənclər mühiti: onları ən çox nə narahat edir

© Sputnik / Murad Orujov"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın müasir gəncliyini hansı problemlər narahat edir, onlar necə həll olunur, gənclər mühitində hansı proseslər gedir?" suallarına cavab axtarılacaq

1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Gənclərinin 1-ci Forumunun keçirildiyi gün - 2 fevral "Azərbaycan Gəncləri Günü" elan edilib.

Azərbaycan müstəqillik əldə edəndən sonra keçən 27 il ərzində ölkədə bütöv bir gənc nəsil doğulub-böyüyüb. Onlar öz karyeralarını qurmaqla yeni Azərbaycan cəmiyyətinin formalaşmasında iştirak edirlər.

Azərbaycanın müasir gəncliyini hansı problemlər narahat edir, onlar necə həll olunur, gənclər mühitində hansı proseslər gedir? Bütün bu suallara 31 yanvar saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində cavab veriləcək. İştirak edəcəklər:

- GR8 şirkətinin həmtəsisçisi, biznes-trener, "KVAN" kitabının müəllifi Coşqun Kərimov;

- AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarix elmləri namizədi, Rusiya Federasiyası Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Ülkər Mehdiyeva;

- Azərbaycanın Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva;

- Gənc biznes koç, təlimçi, ORKHANWAY Coaching şirkətinin təsisçisi Orxan Şahbaz

Moderator politoloq İlqar Vəlizadə.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0