Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bu il nəqliyyat sahəsində hansı islahatlar gözlənilir

© Photo : REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ildə Azərbaycanda və Bakıda nəqliyyat sahəsində aparılacaq islahatlar müzakirə ediləcək

Yeni ilin başlanğıcından etibarən Azərbaycanın ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi prosesi müşahidə edilir. Eyni zamanda Bakı şəhərində parkomatların kütləvi surətdə sökülməsinə başlanılıb. Bu, paytaxt küçələrində qanuni parklama üçün şəraitin yaradılması və bu sahədəki gəlirlərin şəffaflığının tamamilə təmin olunması üzrə yeni konsepsiya çərçivəsində həyata keçirilir.

Yol hərəkətinin tənzimlənməsi ilə bağlı bu və digər yeniliklərlə bağlı 24 yanvar saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək. Mətbuat konfransında nəqliyyat məsələləri üzrə ekspert, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov iştirak edəcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0