11:13 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Sputnik-in mətbuat mərkəzi

Bakı-Moskva: İqtisadi əməkdaşlıq necə gedir

Sputnik/ Мурад Оруджев
Mətbuat mərkəzi
Qısa URL
22 0 0

Bakı-Moskva videokörpüsündə iki ölkənin iqtisadi əməkdaşlığı müzakirə ediləcək

13-14 dekabr tarixlərində Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 17-ci iclası olacaq.

Cari ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı beş yol xəritəsini əhatə edən "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı" imzalanıb. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi, büdcə-vergi sisteminin rəqəmsallaşdırılması kimi mühüm məsələlər üzrə yol xəritələri daxildir.

İkitərəfli əməkdaşlığın necə inkişaf etdiyi və bunun hər iki ölkənin xarici iqtisadi prioritetlərinin həyata keçirilməsinə necə təsir göstərdiyi barədə 12 dekabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə söhbət açılacaq. İştirak edəcəklər:

Bakıda:

- Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə;

- Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya İqtisad Məktəbinin direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov;

Moskvada:

- RF Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun koordinatoru Dmitri Savelyev;

- REA İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Karavayev.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Əsas mövzular