17:40 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Əlil arabası, arxiv şəkli

Fiziki imkanları məhdud olanlar: Onların dərdinə necə əlac etməli

CC0 / stevepb / Wheelchair
Mətbuat mərkəzi
Qısa URL
0 0 0

Hər il dekabrın 4-də BMT-nin qərarı ilə Beynəlxalq Əlillər Günü qeyd olunur

BAKI, 30 noyabr — Sputnik. Əlillik, sözsüz ki, cəza deyil, amma insan üçün verilməsi çətin olan ağır imtahandır. Əlilliyi olan insanlar adətən deyirlər ki, imkanları məhdud olan adam yoxdur, sadəcə, onun imkanları məhdud olan ətrafı var.

Hər il dekabrın 4-də BMT-nin qərarı ilə Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini fiziki imkanları məhdud olan insanların problemlərinə yönəltməkdir.

Azərbaycanda fiziki imkanları məhdud olan insanların problemlərinin necə həll olunduğu barədə dekabrın 4-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində " Fiziki imkanları məhdud olan şəxslərin problemlərinin həlli" mövzusunda keçiriləcək mətbuat konfransında Azərbaycanın Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli danışacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaksiyası.

Əsas mövzular