Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Klassik, yoxsa müasir: Azərbaycan ailələrini nə gözləyir?

© Sputnik / Murad OrujovЛюди на Площади фонтанов в Баку
Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Son illərin statistika dinamikasını izləyərkən məlum olur ki, Azərbaycanda nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır.

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan tarixən güclü, bir çox dünya ölkələrinə nümunə ola biləcək ailə dəyərlərinə sahib olub. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Son illərin statistika dinamikasını izləyərkən məlum olur ki, nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Ekspertlər hesab edirlər ki, hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.

Bütün bunları nəzərə alaraq, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Bu layihə çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa keçiriləcək.

14 sentyabr saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada Azərbaycanın klassik ailə modelləri, onların üstün və zəif cəhətləri, müasir ailələrin vəziyyəti, həmçinin xarici ölkələrin təcrübəsinə əsaslanan boşanma mədəniyyəti barədə fikir mübadiləsi aparılacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0