Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Etibar Erkindən sonra Azərbaycanda parapsixologiya ölübmü?

CC BY 2.0 / Mike Renlund / PsychologistPsixoloqun qəbulunda, arxiv şəkli
Psixoloqun qəbulunda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Etibar Erkin 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib

BAKI, 31 iyul — Sputnik. 70 il əvvəl Azərbaycanda parapsixoloq Etibar Erkin anadan olub. Onun adı milli parapsixologiyanın doğulması və çiçəklənməsi ilə bağlıdır. Eyni zamanda onun faciəvi ölümü o nəticəyə gətirib ki, Azərbaycanda parapsixologiya heç də yaxşı olmayan zamanlarını yaşamalı olub.

Qeyd edək ki, Məmmədəliyev Etibar Əfrasiyab oğlu (Etibar Erkin) 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981 —ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A.Spirkinin kursuna daxil olub. 1989-cu ildə "İnsan və Elmlər Mərkəzi" mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını yaradıb. Etibar Erkin 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Onun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.

Etibar Erkinin reallaşmamış planları və ölkəmizdə parapsixologiyanın hazırkı vəziyyəti ilə bağlı 3 avqust saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində söhbət açılacaq.

Tədbirdə iştirak edəcəklər:

Astroloq Firudin Qurbansoy,

Parapsixoloq Səbuhi Rəhimli,

Etibar Erkinin bacısı və işlərinin davamçısı Fərqanə Erkin.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0