Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Niyə Xəzər dənizinin problemləri yetərincə işıqlandırılmır?

© Sputnik / Murad OrujovПанорама Баку
Панорама Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Niyə Xəzər dənizinin problemləri yetərincə işıqlandırılmır və bunu necə dəyişmək olar?

Xəzər "beşliyi" ölkələrinin Astanada keçiriləcək beşinci sammiti ərəfəsində regionda baş verən hadisələrin işıqlandırılması ilə bağlı media ilə ekspertlər arasında əməkdaşlıq mövzusu da aktuallaşır.

Bunu necə yaxşı və maraqlı etmək məsələsi 27 iyul 2018-ci il, saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzin keçiriləcək "Rusiya-Azərbaycan-Xəzər: yalnız yaxşı məlumatlar" mövzusunda dəyirmi masada müzakirə olunacaq. Müzakirədə iştirak edəcəklər:

— "Böyük Asiya" kanalının baş redaktoru — Sergey Savuşkin;

— Postsovet məkanının öyrənilməsi üzrə İnformasiya Mərkəzinin baş direktoru Darya Çijova;

— Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov;

— Tədbirin moderatoru, politoloq, "Cənubi Qafqaz" üzrə politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə

Xəzər regionu dövlətləri arasında ikitərəfli və çoxtərəfli formatda informasiya mübadiləsi məsələləri ekspertlərin diqqət mərkəzində olacaq. Müsbət məzmunun formalaşdırılması problemləri müzakirə olunacaq. "Böyük Asiya" media layihəsinin təqdimatı planlaşdırılır.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0