Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan və Qazaxıstan dəmir yollarının gələcək inkişafı nə vəd edir?

© Photo : ADY mətbuat mərkəziBakı-Tbilisi - Qars dəmir yolu
Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin avqustun 12-də Aktauda Xəzərin Hüquqi statusuna dair konvensiyanın imzalanması gözlənilir və bu da öz növbəsində qarşılıqlı əlaqələr əlavə impuls verə bilər

BAKI, 19 iyul — Sputnik.Son illər Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında əməkdaşlıq Xəzər dəniz regionunda və onun ətrafında perspektivli logistik marşrutların formalaşdırılması üçün əsas oynayır. Bu eyni zamanda Azərbaycan və Qazaxıstanın tranzit potensialının artması ilə nəticələnir. Bu ilin avqustun 12-də Aktauda Xəzərin Hüquqi statusuna dair konvensiyanın imzalanması gözlənilir və bu da öz növbəsində qarşılıqlı əlaqələr əlavə impuls verə bilər.

Azərbaycan və Qazaxıstan Dəmir Yollarının qarşılıqlı əlaqələrinin gələcəkdə necə inkişaf edəcəyi, onun gələcəkdə Transxəzər nəqliyyat marşrutuna necə təsir edəcəyi barədə iyulun 20-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin dəyirmi masasında danışacaqlar:

— Qazaxıstan Dəmir Yollarının Avropa və MDB ölkələrində nümayəndəliklərinin rəhbəri Haydar Abdikərimov

— UNEC professor, iqtisadiyyat üzrə elmlər namizədi – Elşad Məmmədov

— Bakı Beynəlxalq Dəniz Limanının Satış və Marketing şğbəsinin müdiri Məmməd Həmidov, 

— Tədbirin moderatoru, politoloq, "Cənubi Qafqaz" üzrə politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə

Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru. Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0