Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

2017/18-ci dərs ilinin nəticələri necə olub və yeni qəbul qaydalarından nələr gözlənilir

Abunə olmaq
Hər dərs ilində Azərbaycan məktəbliləri təhsil prosesində yeniliklər gözləyir

BAKI, 3 iyul — Sputnik. Hələ bu ilin əvvəlində Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən bundan sonra qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

Bununla yanaşı, hər dərs ilində Azərbaycan məktəbliləri təhsil prosesində yeniliklər gözləyir.

Ötən 2017/18-ci dərs ilinin yekunları necə olub və yeni qaydalar qəbul intahanlarının nəticələrinə necə təsir göstərib? Bu barədə 5 iyun saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın təhsil üzrə tanınmış ekspertləri Məlahət Mürşüdlü və Kamran Əsədov danışacaqlar.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək..

Xəbər lenti
0