03:42 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
100 0 0

Bununla yanaşı, tez-tez əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, yerli mühitə adaptasiyası və məşğulluq problemləri ortaya çıxır

Bir sıra inkişaf etmiş ölkələri miqrasiya böhranının vurduğu bir vaxtda Azərbaycan onu daimi yaşayış yeri kimi görmək istəyən xarici ölkə vətəndaşlarının sayında artımla üzləşib. Rəsmi mənbələrin məlumatına görə, Azərbaycana gələn əcnəbilərin sayı günbəgün artır. Azərbaycana pənah gətirən və burada səğınacaq almaq istəyən əcnəbilərin də sayı artmaqdadır.

Bununla yanaşı, tez-tez əcnəbi qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyası, yerli mühitə adaptasiyası və məşğulluq problemləri ortaya çıxır.

Bu problemlərin necə aradan qaldırıldığına dair keçiriləcək tədbirdə AR Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov, DMX-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və qeyri-hökumət təşkilatlarının nümayəndələri danışacaq.

Tədbir 4 iyul saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Tədbirdə həmçinin Azərbaycan vətəndaşlığı alan şəxslərin məşğulluq potensialı, onların əmək bazarına cəlb olunmasının nəticələri qiymətləndiriləcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Teqlər:
immiqrasiya, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, tədbir, miqrasiya, Azərbaycan

Əsas mövzular