03:46 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
49 0 0

Gənc müğənni "Sən supersən!" vokal layihəsində iştirakı ilə bağlı öz təəssüratlarını "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində jurnalistlər və qonaqlarla bölüşəcək

BAKI, 24 aprel — Sputnik. NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb. Bu müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar – uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edir.

Keçmiş Sovetlər İttifaqının müxtəlif guşələrindən olan gənc istedadlar bu ədalətli və xeyirxah mahnı müsabiqəsində öz yaşıdları arasında ən yaxşı adını qazanmaq uğrunda mübarizə aparmaq imkanı əldə edirlər.

Onların arasında Azərbaycan təmsilçisi Səməd Novruzov da var və o, artıq layihədə iştirakını başa çatdırıb.

26 aprel saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Səməd Novruzov layihədə iştirakı ilə bağlı təəssüraflarını jurnalistlər və qonaqlarla bölüşəcək.

Tədbirdə həmçinin iştirak edəcəklər:

— Flora Kərimova – Azərbaycanın xalq artisti;

— Əziz Əliyev – Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri;

— Kamilla Əliyeva – Sputnik Azərbaycan-ın jurnalisti, layihənin Azərbaycan üzrə koordinatoru.

Əlaqə üçün:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Teqlər:
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, istedadlı uşaqlar, Səməd Novruzov, "Sən supersən!" beynəlxalq vokal layihəsi

Əsas mövzular