Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Müşahidəçilər Azərbaycandakı prezident seçkilərinin nəticələri haqqında danışacaqlar

© AP Photo / Aziz KarimovAzərbaycanda prezident seçkiləri
Azərbaycanda prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Müşahidəçilər seçki kampaniyasının gedişi barədə təəssüratlarını və müşahidələrini 12 aprel saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində bölüşəcəklər

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkiləri müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasında 59 ölkədən 900-ə qədər beynəlxalq müşahidəçi akkreditasiya olunub. Onların arasında Avropa Parlamentinin deputatlarından ibarət "Vətəndaş dialoqu" müşahidəçilər missiyası, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiyadan olan deputatlar da var.

Seçki kampaniyasının gedişi barədə təəssüratlarını və müşahidələrini 12 aprel saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində bu şəxslər bölüşəcək:

Seygey Markov — Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq (Rusiya)

Yeji Vçisla – senator, Vətəndaş platforması (Polşa)

Luici Nevolla – Cənubi Tirol parlamentinin "Şimal liqası" parlament qrupunun prezidenti (İtaliya)

Udo Foyqt – Avropa Parlamentinin Almaniyadan olan deputatı, Milli Demokrat Partiyası

Daniel Ramundo – Argentina parlamentinini deputatı və Merkosurun vitse-prezidenti

Əlaqə üçün:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0