Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

İsrailli siyasi texnoloq İsrail-Azərbaycan münasibətlərindən danışacaq

© REUTERS / Ronen ZvulunQüds
Qüds - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Qafqazın yüksək münaqişə potensialı Aralıq dənizindən Xəzər dənizinə qədər böyük bir regionda siyasi hərc-mərcliyin artmasına təsir edir.

Uzun illərdir Yaxın Şərqdəki hadisələr dünyanın siyasi gündəminin ən çox müzakirə olunan mövzularındandır. Bu mürəkkəb regionda dünya siyasətinə təsir göstərən çətin proseslər gedir.

Suriya və İraqda yaşanan hadisələr qonşu ölkələr və regionlara da birbaşa və ya dolayı yolla təsir göstərir.

Digər tərəfdən, Cənubi Qafqazın yüksək münaqişə potensialı Aralıq dənizindən Xəzər dənizinə qədər böyük bir regionda siyasi hərc-mərcliyin artmasına təsir edir.

Azərbaycan və İsrail bu böyük münaqişə zonasının müxtəlif uclarında olan iki ölkədir və onların müxtəlif sahələrdəki uğurlu əməkdaşlığı regional və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

"İsrail-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti necədir və onu hansı gələcək gözləyir" mövzusunda aprelin 10-da saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində məşhur İsrail politoloqu Yuri Boçarov danışacaq.

Əlaqə üçün

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0