Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

ANONS: Bakı-Yerevan videokörpüsü təşkil olunacaq

© youtube.comMDB hökumət başçılarının iclası
MDB hökumət başçılarının iclası - Sputnik Azərbaycan
Abunə olmaq
MDB çərçivəsində iqtisadi əməkdaşlıq: aktual vəziyyət və perspektivlər

BAKI, 26 fevral — Sputnik. Martın 2-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçiriləcək. İclasın gündəliyi MDB dövlətləri arasında iqtisadi sahədə qarşılıqlı əlaqələrin geniş spektrini əhatə edir.

MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası - Sputnik Azərbaycan
MDB-nin fəaliyyəti ilə bağlı vacib sənədlər imzalanıb

Burada azad ticarət xidmətləri haqqında, MDB dövlətlərinin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı haqqında, dövlətlərarası standartlaşdırma sənədlərinin yayılması haqqında saziş layihələri nəzərdən keçiriləcək.

MDB İqtisadi Şurasının iclasının gündəliyində duran məsələlər, bu məsələlər ətrafına əməkdaşlığın aktual istiqamətləri və çoxtərəfli perspektiv layihələr "MDB çərçivəsində iqtisadi əməkdaşlıq: aktual vəziyyət və perspektivlər" mövzusunda keçiləcək Moskva-Astana-Bakı-Bişkek-Yerevan-Kişinyov-Minsk videokörpüsündə müzakirə ediləcək.

Tədbir 27 fevral saat 14.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

İştirakçılar:

Moskvada:

— MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Andrey Kuşnirenko;

— MDB İqtisadi İnkişaf İş Mərkəzinin baş direktoru Vladimir Savçenko.

Astanada:

— ekspertlər və KİV nümayəndələri.

Bakıda:

— Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri namizədi Elşad Məmmədov.

Bişkekdə:

— iqtisad elmləri doktoru Jumakadır Akeneyev.

Yerevanda:

— iqtisad elmləri doktoru, professor Aşot Tavadytan.

Kişinyovda:

— Moldova Respublikası Parlamentinin deputatı, iqtisad elmləri doktoru Vladimir Qolovatyuk.

Minskdə:

— ekspertlər, KİV nümayəndələri.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0