Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan - Rusiya münasibətlərinin yeni mərhələsində nə gözlənilir?

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkənin münasibətləri hansı mərhələyə qədəm qoyacaq və bu münasibətlərin sonrakı inkişafı nədən asılı olacaq?

BAKI, 19 fevral — Sputnik. Azərbaycan və Rusiya prezident seçkiləri ərəfəsindədir. Mart ayında Rusiyada, apreldə isə Azərbaycanda yaxın 7 il ərzində bu ölkələrin ən vacib siyasi hadisəsi olacaq prezident seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələri Azərbaycanla Rusiyanın gələcək münasibətlərinə, şübhəsiz ki, təsir edəcək.

İki ölkənin münasibətləri hansı mərhələyə qədəm qoyacaq və bu münasibətlərin sonrakı inkişafı nədən asılı olacaq? Bu barədə 23 fevral saat 16.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Rusiyanın aşağıdakı məşhur ictimai xadimləri danışacaqlar:

Rusiya Federasiyası Dövlət Dumasının deputatı İrek Zinnurov;

Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev;

Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova; 

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov;

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0