CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda miqrasiya ilə bağlı nə baş verir?

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan vətəndaşları arasında digər ölkələrə köçmək istəyənlərin sayında azalma hiss olunur

BAKI, 15 fevral — Sputnik. Son zamanlar Azərbaycan Dövlət Miqrasiya Xidməti qeyri-leqal miqrantların aşkara çıxarılması üçün bir sıra uğurlu reydlər keçirib. Məlumatlara görə, Azərbaycana daxil olmaq istəyən qeyri-leqal miqrantların sayı davamlı olaraq artır.

Eyni zamanda ekspertlər qeyd edirlər ki, Azərbaycan vətəndaşları arasında digər ölkələrə köçmək istəyənlərin sayında azalma hiss olunur. Bütün bunlar nə ilə əlaqədardır və Azərbaycanda miqrasiya sahəsində hansı proseslər aktualdır?

Bu barədə 16 fevral saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirdə AR Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov danışacaq.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0