Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Türkmənçay müqaviləsinin 190 illiyi və onun tarixi nəticələri

© Photo : public domainTürkmənçay müqaviləsinin imzalanma mərasimi, rəssam Vladimir Moshkov
Türkmənçay müqaviləsinin imzalanma mərasimi, rəssam  Vladimir Moshkov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya imperiyası ilə İran arasında 1826—1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb

Rusiya imperiyası ilə İran arasında 1826—1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb. Müqavilənin şərtlərinə görə, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiya İmperiyasına verilib.

Bu sazişin tarixi əhəmiyyəti və onun müasir Azərbaycan tarixinə təsiri ilə bağlı 15 fevral saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın tanınmış tarixçiləri — tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və tarix elmləri doktoru Firdovsiyyə Əhmədova danışacaqlar. Tədbirdə siyasi elmlər namizədi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, həmçinin Azərbaycan ali məktəblərinin tələbələri iştirak edəcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0