03:16 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
35 0 0

Tədbirdə gənc fəallar, ölkə ali məktəblərinin tələbələri iştirak edəcəklər

BAKI, 31 yanvar — Sputnik. 2 fevral tarixi 1997-ci ildən MDB və Şərqi Avropa ölkələri içərisində ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Forumunun keçirildiyi günün – 2 fevralın "Azərbaycan Gənclər Günü" kimi qeyd olunması haqqında sərəncam imzalayıb.

Gənclər Gününü qeyd etmək ənənəsi öz başlanğıcını 1996-cı ilin 2 fevralında respublikanın müxtəlif guşələrindən olan 2 minədək gəncin toplaşdığı Gənclərinin Birinci Ümumrespublika Forumundan götürüb. Həmin forum dövlət orqanları, gənclər təşkilatları və hər bir gəncin qarşısında duran vəzifələri müəyyən edib.

Bu gün Azərbaycanın gənclər təşkilatlarının qarşısında hansı vəzifələr durur və ölkəmizdə gənclər siyasəti necə həyata keçirilir? Bu barədə 1 fevral saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirin iştirakçıları danışacaq.

Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov olacaq. Tədbirdə gənc fəallar, ölkə ali məktəblərinin tələbələri iştirak edəcəklər.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Əlaqədar

Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlandı
Ailə qurmağa hazırlaşan gənclər üçün xüsusi fürsət
20 yaşlı gəncin inanılmaz uğuru
Daha bir gəncimiz tükürpədici əməl törətdi
Teqlər:
Azərbaycan Gənclər Günü, 2 fevral, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Azərbaycan Respublikası

Əsas mövzular