CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntiharlarla necə mübarizə aparmalı?

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır

BAKI, 6 sentyabr — Sputnik. Hər il sentyabrın 10-da bütün dünyada Ümumdünya intiharların qarşısının alınması günü (World Suicide Prevention Day) qeyd olunur. Bu tarix intiharın qarşısının alınması məqsədi ilə yaradılmış Beynəlxalq Assosiasiyanın (International Association for Suicide Prevention) dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis olunub.

İntihar, səhnələşdirilmiş foto - Sputnik Azərbaycan
HADİSƏ
Zaqatalada tarix müəllimi intihar edib

Bu günün qeyd olunmasında məqsəd ictimaiyyəti intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək üçün insanlarda məsuliyyət hissinin gücləndirilməsinə, bu istiqamətdə konkret tədbirlərə əl atılmasına cağırmaqdır.

ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Dünyada intihar edənlərin təxminən 1%-i Azərbaycanın payına düşür.

Azərbaycanda intiharlarla bağlı vəziyyət, bu barədə həyəcanverici tendensiyalar və intiharlarla mümkün mübarizə yolları barədə sentyabrın 8-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış psixoloq Azad İsazadə və jurnalist Ramella İbrahimxəlilova danışacaq.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-ci məhəllə, ev 23M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0