22:44 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Фотограф

Azərbaycanda ən çox hansı fotolara tələbat var?

CC0 / Meditations / Camera
Mətbuat mərkəzi
Qısa URL
5210

Azərbaycanın məşhur fotoqrafları Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ümumdünya Fotoqraflar Gününün Azərbaycanda necə qeyd edildiyindən və əhalinin ən çox hansı fotolara tələbatının olduğundan danışacaqlar.

Fotoqrafiya — bir daha təkrarlanmayacaq hadisələrin, maraqlı məqamların, gözəl yerlərin, sevimli simaların, anların təsvirini şəkillərin yaddaşına köçürən unikal vasitədir. Biz məhz o şəkillərə baxaraq keçmişə qayıdır, həyatımızın bir çox gözəl məqamlarını xatırlayırıq.

Kimlər üçünsə fotoqrafiya sadəcə əyləncəli məşğuliyyət deyil, peşə və incəsənətdir. Ona görə də təəccüblü deyil ki, bu peşə sahiblərinin də öz bayramları var — Ümumdünya Fotoqraflar Günü (World Photography Day). Bu günü hər il 19 avqustda bütün həvəskar və peşəkar fotoqraflar, bu incəsənət növünü sevən insanlar xüsusilə qeyd edirlər.

Bu gün 2009-cu ildə Avstraliya fotoqrafı Korske Aranın təşəbbüsü ilə təsis edilib.

Bəs Azərbaycanda bu gün necə qeyd olunur və Azərbaycan seyrçiləri arasında hansı fotolara daha çox tələbat var? Bu barədə 18 avqust saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məşhur Azərbaycan fotoqrafları Mirnaib Həsənoğlu və Rüfət Abbas danışacaqlar.

Əlaqələr:

Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (Beynəlxalq Mətbuat Mərkəzi, 4-cü mərtəbə) ünvanında keçiriləcək.

Əlaqədar

İyirmi beş il əvvəlin foto-sübutu
Sosial şəbəkədə sensasiyalı foto: bu, həqiqətdirmi?
Min nəfər psixoloqun əvəzinə 10 foto
Teqlər:
fotoqrafiya, Mirnaib Həsənoğlu, fotoqraf, Rüfət Abbasov, Ümumdünya Fotoqraflar Günü

Əsas mövzular