Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan ordusunun formalaşmasının tarixi aspektləri

© Foto: mod.gov.azVəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib
Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Silahlı qüvvələrinin yaradılmasından 99 il ötür

BAKI, 21 iyun — Sputnik. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Zaqafqaziya Xüsusi komitəsinin qərarı ilə formalaşmış Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlanmağa başlayıb. Bu qərar müstəqil Azərbaycanın silahlı qüvvələrinin yaradılması üçün hüquqi əsas idi.

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib.

İyunun 23-də 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində Azərbaycan ordusunun formalaşmasına həsr olunmuş tarixçi və tədqiqatçılarla görüş keçiriləcək.

Tədbirdə iştirak edəcəklər:

Natiq Məmmədzadə, AMEA Bakıxanov adına Tarix institutunun şöbə müdiri, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru;

Əli Hacızadə, tarixçi, "Böyük Yaxın Şərq" layihəsinin rəhbəri;

Fərid Murğuzov, Azərbaycan ordusu tarixinin tədqiqatçısı.

Əlaqələr:

Telefonlar: 404-13-84/85 

E-mail: i.velizade@rian.ru 

Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.

Xəbər lenti
0