04:45 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
Mətbuat mərkəzi
Qısa URL
62 0 0

Yeni Qafqaz respublikaları və Azərbaycanla Gürcüstan əlaqələrinin necə yaranması müzakirə olunacaq

BAKI, 23 may — Sputnik. 1992-ci ildən etibarən 28 may Azərbaycanda dövlət bayramı — Respublika Günü kimi hər il qeyd olunur. Bu il mayın 28-də Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasının 99-cu ildönümü qeyd ediləcək.

Bundan iki gün əvvəl, 26 may 1918-ci ildə isə Gürcüstanın demokratik hökuməti Noe Jordaniyanın rəhbərliyi altında dövlət müstəqilliyini elan edib. Məhz həmin gün Gürcüstanın dövlət müstəqilliyi günü kimi qeyd olunur.

Bu hər iki hadisə Tiflisdəki keçmiş Qafqaz Canişin sarayındakı zalda baş verib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası olub və Seym buraxılıb. Zaqafqaziya Seyminin buraxılmasından sonra, 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Parlamentinin) üzvləri də ayrıca iclas keçirib Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəliblər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan edib. Bununla da Azərbaycan tarixində ilk parlament yaranıb və Şərqdə ilk parlamentli respublikanın bünövrəsi qoyulub.

Məhz Tiflisdə Azərbaycanın yeni hökuməti bir neçə həftə fəaliyyət göstərib.

Yeni Qafqaz respublikaları və Azərbaycanla Gürcüstan əlaqələrinin necə yaranması barədə 25 may, saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə söhbət açılacaq.

İştirak edəcəklər:

Bakıda:

— Namiq Məmmədazadə, AMEA Tarix İnstitutunun şöbə müdiri,

— Rəşad Rüstəmov, AMEA Tarix İnstitutunun baş elmi əməkdaşı.

Tbilisidə:

— Mamuka Qoqitidze, tarix elmləri doktoru, Şota Rustaveli adına Milli Universitetin professoru.

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə

Əlaqədar

28 May ABŞ-da “Azərbaycan Milli Günü” elan edilib
28 may - Respublika günü Təbrizdə qeyd olunub
ABŞ-ın Virciniya Ştatı 28 mayı Azərbaycan Milli Günü elan edib
Hollivudda mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib
28 May - ADR-in quruluş günü: Tarixin açılmayan səhifələri
Teqlər:
dövlət bayramı, Respublika Günü, videokörpü, 28 may, Azərbaycan

Əsas mövzular