Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Avtobuslar üçün ayrılmış xüsusi zolaqlar tıxac problemini həll edəcəkmi?

© Photo : SalamNewsBakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli
BakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyi sərnişindaşımanı rahatlaşdırmaq və yollardakı yüklənməni aradan qaldırmaq üçün avtobuslar üçün xüsusi zolaqlar ayıracaq.

Jurnalistlərin diqqətinə!

Yanvarın 12-də saat 11.00-da "Avtobuslar üçün ayrılmış xüsusi zolaqlar tıxac problemini həll edəcəkmi?" mövzusunda mətbuat konfransı keçiriləcək. 

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxt küçələrində sərnişin avtobuslarının hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq. Yeniliyin məqsədi sərnişindaşımada təhlükəsizlik və rahatlığın təmin olunması, ictimai nəqliyyatdan istifadəyə marağın artırılmasıdır. Bu addımın yollarda yüklənmə problemini qismən aradan qaldıracağı güman edilir. 

Bu yeniliyin nə qədər səmərəli olacağı və praktikada necə həyata keçiriləcəyi barədə "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil MƏMMƏDOV söhbət açacaq.

Əlaqə:

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə 

Telefonlar: 404-13-84/85  e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0