15:42 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Press-relizlər
Qısa URL
102 0 0

Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Əsas mövzular