12:48 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Qocalar evinin foyesi

Sputnik Azərbaycan qocalar evi üçün aksiyaya başlayır

© Sputnik / Alyona Salayeva
Press-relizlər
Qısa URL
71 0 0

Aksiyanın məqsədi Novruz bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan yaşlı insanları sevindirməkdir

BAKI, 26 fevral — Sputnik Azərbaycan-ın Mətbuat xidməti. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yenidən #SəxavətliNovruz xeyriyyə aksiyasını elan edir.

Builki layihə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindəki (Qocalar evi) Azərbaycan vətəndaşlarına yardımı nəzərdə tutur.

Aksiyanın məqsədi Novruz bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan yaşlı insanları sevindirməkdir.

Hazırda həmin müəssisədə yaşları 65-dən 94-ə qədər olan 116 qadın və 105 kişi (cəmi 221 nəfər) var. Buranın sakinlərinin 90 faizi yaşı 80-dən yuxarı olan insanlardır.

Sputnik Azərbaycan Qocalar evinin sakinləri üçün geyimdən, ayaqqabıdan, döşəkağından tutmuş milli şirniyyatlara qədər müxtəlif hədiyyələri toplamağı planlaşdırır. Hədiyyələrin ünvanlılıq prinsipini təmin etmək məqsədilə "Sputnik Azərbaycan"ın əməkdaşları bu müəssisənin rəhbərliyi və sakinləri ilə daimi əlaqə saxlayacaqlar.

"Biz bu il də xeyriyyə aksiyası keçirməyə davam edirik. Ötən ilki təcrübə göstərdi ki, bizim ölkəmizdə yaşından asılı olmayaraq, köməyə ehtiyacı olan həmvətənlərə yardım etmək istəyən çox sayda xeyirxah insan var. Bu il #SəxavətliNovruz xeyriyyə aksiyasının "ilk qaranquşları" taleyin hökmü ilə Qocalar evinə düşmüş insanlar olacaq. Belə bir aksiyanın keçirilmə ideyası Sputnik Azərbaycan-ın qayğıdan məhrum insanlara kömək etməyə hazır olan oxucularının çoxsaylı müraciətləri əsasında yaranıb" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib. 

#SəxavətliNovruz aksiyasında arzu edən hər kəs iştirak edə, geyim, ayaqqabı, şirniyyatlar və digər hədiyyələri Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23M, 4-cü mərtəbə) gətirə bilər. Detalları dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-a bu telefonlarla zəng edin: (+99412) 404-13-84/85, yaxud bu e-mail-ə yazın: media@sputnik.az.

Aksiya çərçivəsində toplanmış bütün hədiyyələr Novruz bayramı ərəfəsində — martın 18-də Qovalar evindəki pensiyaçılara təqdim ediləcək.

Sputnik Azərbaycan hamını Qocalar evinin sakinlərinə əsl bayramı hədiyyə etməyə çağırır! Aksiyaya sosial şəbəkələrdə #SəxavətliNovruz haştağını paylaşmaqla dəstək vermək olar!

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı, LiveInternet-in 26 fevral 2019-ci ilə olan məlumatına görə, aparıcı milli KİV-lər arasında TOP-5-liyə daxildir*. 

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Özündə 32 dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirən Sputnik xəbər lenti dünyanın 130 şəhərində və internetdə rus, ingilis və fransız dillərində yayımlanır. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, çin və fars dillərində məlumat yayır.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 50 milyondan çox ziyarətçidən ibarətdir. Sputnik China-nın Weibo mirobloqundakı abunəçilərinin sayı demək olar ki, 9 milyona çatır. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.

Sputnik "Rossiya seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Teqlər:
Sputnik Azərbaycan, xeyriyyə aksiyası

Əsas mövzular