CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən güclü liderinin adı məlum oldu

© REUTERS / Hannibal HanschkeBerlin sakinləri, arxiv şəkli
Berlin sakinləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Reytinqə görə, hazırda dünyada ən güclü lider Rusiya prezidenti Vladimir Putindir

BAKI, 7 may — Sputnik. Almanların və fransızların üçdə birindən çoxu (34%), italyanların 38%-i, eləcə də britaniyalıların 26, amerikalılarınsa 23%-i hesab edir ki, hazırda dünyada ən güclü lider Rusiya prezidenti Vladimir Putindir.

Bu barədə sorğu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün Ifop şirkətinin Sputnik.Rəy layihəsi çərçivəsində keçirilib.

© SputnikFransa əhalisi arasında aparılan sorğunun nəticələri
Fransa əhalisi arasında aparılan sorğunun nəticələri - Sputnik Azərbaycan
Fransa əhalisi arasında aparılan sorğunun nəticələri

Siyahıdakı sonrakı yeri Amerika lideri Donald Tramp tutur. Fransızların dörddə biri (25%), almanlar (27%), italyanlar (29%), britaniyalılar (33%) və amerikalılar (43%) onu dünyanın ən güclü liderləri sırasında ikinci yerdə görürlər.

Çin Xalq Respublikasının sədri Si Tszinpin Sputnik.Rəy-in sorğusunun nəticəsinə görə, dünyanın ən güclü üçüncü lideridir. Fransızların 17%-nin, almanların 19%-nin, italyan və britaniyalıların 13%-nin, amerikalıların isə 9%-nin fikrincə, o, dünyanın ən güclü lideridir.

© SputnikAlmaniya əhalisi arasında aparılan sorğunun nəticələri
Almaniya əhalisi arasında aparılan sorğunun nəticələri - Sputnik Azərbaycan
Almaniya əhalisi arasında aparılan sorğunun nəticələri

Dördüncü mövqedə Almaniyanın federal kansleri Angela Merkel yer alıb. Fransızların 9, almanların 12, italyanların 13, britaniyalıların 9, ABŞ vətəndaşlarının isə 4%-i Merkeli dünyanın ən güclüsü hesab edir.

Sözügedən siyahıda Fransa prezidenti Emmanuel Makron, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, İsrailin baş naziri Benyamin Netanyahu, Yaponiya lideri Sindzo Abe və Hindistan lideri Narendra Modinin də adı yer alıb. Avropalılar və amerikalılar İranın ali dini lideri Əli Xameneyini də güclü liderlərin sırasında görürlər.

© SputnikBöyük Britaniya əhalisi arasında aparılan sorğunun nəticələri
Böyük Britaniya əhalisi arasında aparılan sorğunun nəticələri - Sputnik Azərbaycan
Böyük Britaniya əhalisi arasında aparılan sorğunun nəticələri

Fransızların 5%-i, almanların 4%-i, italyanların 2%-i, britaniyalıların 7%-i, amerikalıların 8%-i digər liderlərin adlarını çəkiblər ki, onlar da siyahıda aşağıdakı yerləri tutublar.

© Sputnikİtaliya əhalisi arasında aparılan sorğunun nəticələri
İtaliya əhalisi arasında aparılan sorğunun nəticələri - Sputnik Azərbaycan
İtaliya əhalisi arasında aparılan sorğunun nəticələri

Sorğu 22-27 mart 2018-ci il tarixlərində Ifop şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 5 029 respondent iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir.

© SputnikABŞ əhalisi arasında aparılan sorğunun nəticələri
ABŞ əhalisi arasında aparılan sorğunun nəticələri  - Sputnik Azərbaycan
ABŞ əhalisi arasında aparılan sorğunun nəticələri

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-15-liyinə (LiveInternet-in 7 may 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0