CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın müxbiri Rusiya səfirliyinin mükafatına layiq görülüb

© Sputnik / Murad OrujovВременный поверенный в делах России в Азербайджане Олег Мурашев и журналист Sputnik Азербайджан Камилла Алиева
Временный поверенный в делах России в Азербайджане Олег Мурашев и журналист Sputnik Азербайджан Камилла Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan-ın müxbiri Kamilla Əliyeva Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin xatirə diplomuna layiq görülüb

BAKI, 16 fevral — Sputnik. Sputnik Azərbaycan-ın müxbiri Kamilla Əliyeva Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin xatirə diplomuna layiq görülüb. Ona diplomu Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev təqdim edib.

Mükafatlandırma mərasimi fevralın 15-də baş tutub. Diplomatik missiya jurnalisti iki ölkənin uğurlu əməkdaşlığına həsr olunmuş materialları yüksək peşəkarlıqla hazırladığına görə təltif edib.

Muraşev KİV nümayəndələrinə Rusiya-Azərbaycan münasibətlərinə dair mövzulara, Rusiya mədəniyyətinin ölkədə təbliğinə diqqət ayırdığına görə təşəkkür edib.

O, həmçinin mükafata layiq görülən jurnalistlərin Rusiya Federasiyasının Bakıdakı səfirliyinin fəaliyyətini obyektiv işıqlandırmalarını yüksək qiymətləndirib. İki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin vacibliyini xüsusilə vurğulayan Muraşev qurulan əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Российское посольстве в Баку, фото из архива - Sputnik Azərbaycan
Rusiya səfirliyi Lapşinlə görüş barədə məlumat verdi

"Beynəlxalq vəziyyət hələ də kifayət qədər mürəkkəb olaraq qalır və biz Qərbin ölkəmizə qarşı görünməmiş təzyiqini hiss edirik. Bununla belə, Rusiya diplomatiyası öz milli maraqlarına əsaslanan siyasət yürüdərək oyunu açıq və dürüst şəkildə aparır. Biz həmvətənlərimizin və həmfikirlərimizin dəstəyinə ümid edərək gələcəkdə də belə davam edəcəyik", – deyə Oleq Muraşev bildirib.

"Sənin işini layiqincə qiymətləndirəndə bu, xoşuna gəlir. Mən Rusiyanın Azərbaycandakı səfirliyinə KİV nümayəndələrinə diqqət göstərdiyinə görə çox minnətdaram. Sputnik Azərbaycan uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərinin işıqlandırılmasında ön sıradadır. Biz bu istiqamətdə fəal rolumuzu davam etdirəcəyik. Mən Sputnik-ə də minnətdaram ki, mənim ikinci evim olub və minnətdaram ki, belə gözəl hədiyyə almışam", – deyə Kamilla Əliyeva öz növbəsində bildirib.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

Xəbər lenti
0