15:56 27 May 2017
Canlı yayım
Ana dili abidəsi
© Foto: Public Domain

Sputnik-dən “Azərbaycan dili günü”nə xüsusi hədiyyə

Press-relizlər
Qısa URL
10520

Bu gün 103.3 FM dalğasında gün ərzində Azərbaycan şairlərinin şeirlərindən parçalar səslənəcək

Azərbaycan əlifbası və dili günü münasibətilə Sputnik-Azərbaycan informasiya agentliyi və radiosu Araz FM-in dəstəyi və ölkənin məşhur simalarının iştirakı ilə  xüsusi layihəyə start verib. Milli dil ənənələrimizin qorunmasının vacibliyini vurğulayan bu gündə 103.3 FM dalğasında gün ərzində Azərbaycan şairlərinin şeirlərindən parçalar səslənəcək. 

Layihə çərçivəsində hazırlanmış çarxlar həmçinin Sputnik-Azərbaycan portalında yerləşdiriləcək. Birgə layihəsdə Azərbaycanın xalq artirsti, "Qızıl dərviş" mükafatının laureatı Afaq Bəşirqızı, məşhur aktrisa, respublikanın əməkdar artisti Sənubər İskəndərli, şair Vahid Əziz, populyar müğənni Elnarə Xəlilova və başqaları istirak edib.

"Bu gün böyük gün, böyük bayramdır. Xalqımızı bu münasibətlə təbrik edirəm. Ana dilim mənim ruhumu oxşayır, ana dilim Vətənimi, minillik tariximizi tərənnüm edən bir varlıqdır",  - deyə Afaq Bəşirqızı qeyd edib.

2001-ci ildə Azərbaycanda latın qrafikalı milli əlifbaya keçıd prosesi başa çatıb.  Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə  1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

 

Əsas mövzular