SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropalıların yarısı Türkiyənin AB-yə üzv olacağına inanmır

© AFP 2023 / JR. MARTIN BUREAUParisdəki Luvr muzeyinin qarşısı. Arxiv şəkli
Parisdəki Luvr muzeyinin qarşısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatlar Fransanın Ifop və Böyük Britaniyanın Populus tədqiqat şirkətlərinin Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirdikləri sorğunun nəticəsində əldə edilib

BAKI, 24 may — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, avropalıların, az qala yarısı — 49%-i Türkiyənin Avropa Birliyinə heç vaxt daxil olmayacağını, ya da 10 ilə və daha gec daxil olacağını düşünür. Sorğuda iştirak edən almanların 58, fransızların 55, britaniyalıların isə 33%-i məhz bu fikirdədir. 

Məlumatlar Fransanın Ifop və Böyük Britaniyanın Populus tədqiqat şirkətlərinin Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirdikləri sorğunun nəticəsində əldə edilib. "Sizcə Türkiyə AB-yə nə vaxt daxil olacaq?" sualına sorğuda iştirak etmiş fransızların cəmi 17, almanların 27 və britaniyalarınsa 38%-i "yaxın 10 ildə" cavabını verib. Bununla yanaşı, britaniyalıların 29, fransalıların 28 və almanların 15%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Avropa İttifaqı - Sputnik Azərbaycan
Avropa İttifaqı Türkiyə ilə viza müzakirələrini dayandırdı

Böyük Britaniyada sorğu Populus tədqiqat şirkəti tərəfindən 15-21 aprel tarixlərində keçirilib. Almaniya və Fransada isə sorğunu qocaman sorğu şirkərlərindən olan IFop 14-18 aprel tarixlərində həyata keçirib. Böyük Britaniyada 1045 nəfər, Almaniyada 989 nəfər, Fransada isə 1008 nəfər sorğuda iştirak edib. Ölkə üzrə məlumatlarda səhv +/- 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0