SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransızlar miqrantları ciddi cinayətkarlıq mənbəyi hesab edir

© Photo : Pavel IgnatovСоциологический опрос
Социологический опрос - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa əhalisi miqrantların cinayətləri haqda yüksək məlumatlılıq nümayiş etdirib.

BAKI, 26 apr — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə fransızların əksəriyyəti (64%) Afrikadan və Yaxın Şərqdən olan miqrantları ciddi cinayətkarlıq mənbəyi hesab edir.

Bu məlumatlar Sputnik informasiya agentliyi və radiosunun sifarişı ilə Ifop araşdırma şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində əldə edilib. Bütövlükdə Fransa əhalisi miqrantların cinayətləri haqda yüksək məlumatlılıq nümayiş etdirib. Sorğu edilənlərin cəmi 8% sualları cavablarındırmaqda çətinlik çəkdilər. Fransızların cəmi 28% miqrant axının ölkədəki cinayətkarlıq səviyyəsinə təsir etmədiyini düşünür.

Sorğu Fransada ən böyük araşdırma şirkətlərindən olan Ifop tərəfindən 3-5 fevral tarixlərində keçirilib. Sorğuda 1499 respondent iştirak edib.

© SputnikSorğu
Sorğu - Sputnik Azərbaycan
Sorğu

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0