20:24 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SİYASƏT
Qısa URL
14 0 0

Tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, o cümlədən son dövr ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

BAKı, 14 sentyabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib. XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Petr Mixalko etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına töhfə verecəyinə inandığını bildirib.

Görüşdə tərəflər, Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, o cümlədən son dövr ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşlərinə hazırlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, o cümlədən enerji sahəsində layihələrin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

© AR Ministry of Foreign Affairs
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib

Petr Mixalko Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması, hazırda bu torpaqlarda aparılanbərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov diplomatlarla müşavirə keçirib

Teqlər:
XİN, görüş

Əsas mövzular