SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Taliblər Ankaraya Kabil aeroportunu idarə etməyi təklif edib

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
"Biz hələlik bununla bağlı qərar verməmişik. Hazırda bizim üçün prioritet oradan öz vətəndaşlarımız və hərbçilərimizi təxliyə etməkdir. Biz Əfqanıstandakı vəziyyəti, mənzərəni tam şəkildə görməliyik, orada indi rəhbərlik yoxdur".
BAKI, 27 avqust — Sputnik. Türkiyə Talibandan Kabil hava limanını idarəetməyə dair sorğu alıb, lakin Ankara hələlik bu məsələni nəzərdən keçirməyib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bizə Talibandan Kabil hava limanını idarə etməyə dair sorğu daxil olub. Onlar bildirdilər ki, təhlükəsizliyə özləri cavab verəcəklər, idarəetməni biz həyata keçirəcəyik. Lakin biz hələlik bununla bağlı qərar verməmişik. Hazırda bizim üçün prioritet oradan öz vətəndaşlarımız və hərbçilərimizi təxliyə etməkdir. Biz Əfqanıstandakı vəziyyəti, mənzərəni tam şəkildə görməliyik, orada indi rəhbərlik yoxdur. Vəziyyət aydınlaşan kimi biz bu məsələni nəzərdən keçirəcəyik", - deyə Ərdoğan jurnalistlərə bildirib.
Qeyd edək ki, Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Həmçinin oxuyun:
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir
Xəbər lenti
0