QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa dair üçtərəfli işçi qrupu fəaliyyəti bərpa olundu - həftənin siyasi icmalı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycanın Laçın rayonun Husulu kəndində Ağoğlan məbədi-monastırı
Azərbaycanın Laçın rayonun Husulu kəndində Ağoğlan məbədi-monastırı - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Azərbaycan Ordusunun mövqeləri bu həftə düşmən tərəfindən atəşə tutuldu, dövlət başçısı və birinci xanım azad olunmuş torpaqlara səfərə getdi, Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti bərpa olundu.
BAKI, 20 avqust — Sputnik. Ötən həftə Azərbaycan-Ermənistan sərhədində vəziyyət yen də qeyri-sabit oldu, müdafiə naziri Türkiyəyə səfərə getdi, dövlət başçısı və birinci xanım azad olunmuş torpaqlara səfərə getdi, Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti bərpa olundu.
Azərbaycan Ordusunun mövqeləri bu həftə də düşmən tərəfindən atəşə tutuldu.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bundan əlavə, saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.
Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmayıb.
Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz isə saat 21:20-dək qarşı tərəfin Basarkeçər rayonunun Aşağı və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
Bundan əlavə, saat 21:35-dən 22:28-dək qarşı tərəf Çəmbərək rayonunun Ləzgiqaya və Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Bundan əlavə, saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.
Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bundan əlavə, avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan azərbaycanlı yanğınsöndürənlər Vətənə qayıdırlar
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri avqustun 16-dan Vətənə qayıtmağa başlayıb. Qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan heyət və texnika avqustun 16-da Azərbaycana yola düşüb.
Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.
Zakir Həsənov Türkiyəyə səfərə gedib
Avqustun 16-ı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbul şəhərində keçiriləcək "İDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. O, burada Türkiyəli həmkarı Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər ilə görüşlər keçirib.
Çavuşoğlu və Bayramov arasında telefon danışığı
Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçına səfəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışında iştirak ediblər. İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub. İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb. Prezident və xanımı Murovdağında tunelin təməlqoyma mərasimində iştirak edib. Azərbaycan Prezidenti Kəlbəcərdəki hərbi hissədə yaradılan şəraitlə tanış olub. Prezident və xanımı Laçın hava limanının təməl qoyma mərasimində də iştirak edib.
"IDEF-2021" – İstanbul beynəlxalq Müdafiə Sənayesi Sərgisi
Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Türkiyə PUA istehsalında dünyada 3-4 ölkədən biridir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "IDEF-2021" müdafiə sənayesi sərgisində çıxışında bildirib ki, ölkəsi son 19 ildə müdafiə sənayesində inqilab edib: "Xaricdən asılılığımızı 80 faizdən 20 faizə endirmişik. Pilotsuz uçuş aparatlarının istehsalında və satışında dünyada 3-4 ölkədən biriyik".
Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib
Avqustun 17-si Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb. Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Lavrov macar həmkarı ilə Qarabağı müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Budapeştə səfəri çərçivəsində Macarıstandan olan həmkarı ilə Dağlıq Qarabağ nizamlanmasını müzakirə edəcək. Bildirilir ki, Lavrov macar həmkarı ilə koronavirus pandemiyası ilə mübarizə, Rusiyanın Avropa İttifaqı və NATO ilə münasibətlərini, həmçinin Ukrayna və Dağlıq Qarabağda da vəziyyət daxil olmaqla beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edəcək.
Rusiya xarici işlər naziri avqustun 24-ü Macarıstana səfər edəcək.
Rəsmi Moskva: Qarabağda vəziyyət demək olar ki, sakitdir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirib ki, Qarabağda vəziyyət nisbətən sakitdir, Bakı və Yerevan arasında etimad çatışmazlığından baş verən ayrı-ayrı insidentlər operativ həll edilir.
"Ümumilikdə, həm Bakıda, həm də Yerevanda bizim ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb və sakit olaraq qalır", - deyə Zaxarova qeyd edib.
O bildirib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə sağlamlaşdırılmasına çalışır.
Pakistan xarici işlər naziri Əfqanıstana görə Bakıya gəlir
Pakistan xarici işlər nazir Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana gələcək. Sputnik Azərbaycan Pakistan KİV-nə istinadən xəbər verir ki, səfər Pakistanın Baş nazirinin İmran Xanının tapşırığı ilə gerçəkləşəcək.
Pakistanın xarici işlər naziri jurnalistlərə açıqlamasında Əşrəf Qəni hökumətinin başlatdığı Taliban əleyhinə təbliğatın yalan olduğunu bildirib: "Qorxu var idi ki, Taliban qızların təhsilinə qadağa qoyacaq. Lakin bu baş vermir. Taliban ümumi əfv elan etdi, məktəbləri və müəssisələri açdılar. Onlar elan etdilər ki, intiqam almayacaq. Onların indiyə qədər atdıqları addımlar dinc xarakterlidir və bu təqdirə layiqdir".
Qureyşi vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək: "Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi üçün onlara güvənməklə yanaşı məsləhətləşəcəyik. Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik".
Həmçinin oxuyun:
Aİ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında kömək etməyə hazırdır
 
Xəbər lenti
0