SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı: Yanğınla bağlı İsrailə kömək etməyə hazırıq

© AFP 2023 / AHMAD GHARABLIİsraildə meşə yanğını
İsraildə meşə yanğını - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Qüds şəhərinin yaxınlığında meşə yanğınları davam edir. Ümumilikdə 17 min hektar ərazinin yandığı bildirilir.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə yardım göstərməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında yerləşdirilib.
"İsraildə meşə yanğınlarını yaxından və narahatlıqla izləyirik. Lazım olarsa, Azərbaycan təcili yardım göstərməyə və İsrailə yanğın söndürmə səylərində kömək etməyə hazırdır", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, artıq iki gündür Qüds şəhərinin yaxınlığında meşə yanğınları davam edir. Ümumilikdə 17 min hektar ərazinin yandığı bildirilir. 75 yanğınsöndürən komandası və 10 təyyarə hazırda yanğınlarla mübarizə aparır. İsrail meşə yanğınları ilə mübarizə üçün beynəlxalq yardım istəyib.
Həmçinin oxuyun:
Fransada meşə yanğını səbəbindən minlərlə insan təxliyə edilib
Xəbər lenti
0