10:57 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SİYASƏT
Qısa URL
19 0 0

Xəzər İbrahim 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının ABŞ-da səfirliyinin müşaviri, 2011–2017-ci illərdə Azərbaycanın NATO yanında Nümayəndəliyin başçısı vəzifələrində çalışıb.

 

BAKI, 12 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, X.İbrahim bu barədə "Twitter" səhifəsində paylaşım edib.

"Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!", - deyə X.İbrahim qeyd edib.

Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Onu da bildirək ki, Xəzər İbrahim 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışıb. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləyib. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.

Həmçinin oxuyun:

Əsas mövzular