02:30 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SİYASƏT
Qısa URL
12 0 0

İranın yeni seçilmiş prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

BAKI, 15 iyul — Sputnik. İran İslam Respublikasının yeni Prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi öz "Twitter" hesabında paylaşıb.

Seyid İbrahim Rəisi Prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızın qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

Əsas mövzular