CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov: "Vətən uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq"

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərinin ildönümüdür.

BAKI, 12 iyul — Sputnik. "Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təcavüzdən bir il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.

"Ermənistanın hərbi təxribatları Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük müharibəyə gətirdi. Vətən uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq", - deyə, Bayramov qeyd edib.

Tovuz döyüşləri

Qeyd edək ki, bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərinin ildönümüdür.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozublar. Növbəti hərbi təxribat törədərək iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar və hücuma keçməyə cəhd ediblər.

Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib.

Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur olub. Şanlı Azərbaycan ordusu düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Bu döyüşlərdə heç bir ərazi itkisi olmasa da, Azərbaycan Ordusu biri general olmaqla 12 hərbi qulluqçusunu itirib.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Ermənilərin atdığı mərminin Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əliyev də şəhid olub. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0