20:30 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SİYASƏT
Qısa URL
364 0 0

Azərbaycanın Prezidenti İlham Əliyev Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Rusiyanın dövlət başçısına başsağlığı verib.

BAKI, 6 iyul - Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. Prezidentin rəsmi saytında yayılan başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm".

An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb

Bu gün Rusiyada sərnişin təyyarəsi radardan itib. Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olub. Sərnişinlərdən ikisinin uşaq, birini isə Palan qəsəbəsinin başçısı Olqa Moxireva olduğu bildirilir. İndiyə qədər sağ qalan sərnişinin olub-olmadığı barədə məlumat yoxdur.

Təyyarənin axtarışına Rusiyanın Sakit okean donanması, bir təyyarə və iki helikopter cəlb edilib. Təyyarənin qalıqlarını dəniz aviasiyasının İL-38 təyyarəsi tapıb. 

Əsas mövzular