SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belarus Qarabağın bərpasına necə kömək edəcək?

© Sputnik / Murad OrujovПосол Беларуси в Азербайджане Андрей Равков
Посол Беларуси в Азербайджане Андрей Равков - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Sputnik Azərbayacan-a eksklüziv müsahibə verən Belarusun Bakıdakı səfiri Andrey Ravkov qeyd edib ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı əməkdaşlıq - dostluq, qardaşlıq və strateji münasibətlərə əsaslanır.

BAKI, 2 iyul — Sputnik. 3 iyul - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov Sputnik Azərbaycan informasiya agentliyi və radiosuna eksklüziv müsahibə verib. Müsahibədə o, Azərbaycan-Belarus əməkdaşlığının aktual məsələləri, ticarət-iqtisadi əlaqələr, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında Belarusun iştirakı, Azərbaycan xalqının Böyük Vətən müharibəsində Qələbəyə verdiyi töhfə və pandemiya dövründə işin təşkili barədə fikirlərini bölüşüb.

Prezidentlər arasında isti dostluq münasibəti və Minsk ilə Bakının yaxın əlaqələri

Diplomat qeyd edib ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı əməkdaşlıq - dostluq, qardaşlıq və strateji münasibətlərə əsaslanır.

Andrey Ravkov vurğulayıb ki, bu münasibətlər respublikaların Sovet İttifaqının tərkibində olduğu vaxt qurulub və hər iki ölkənin suverenlik qazanmasından sonra illərdir ki, davam etdirilir.

"Bu əlaqələr dövlətlərimizin başçıları – möhtərəm Prezident Əliyev və möhtərəm Prezident Lukaşenko arasındakı yaxın, isti, mehriban, yaxşı münasibətlərə əsaslanır, onlar Azərbaycan və Belarus xalqlarının rifahı naminə bu əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün əllərindən gələni edirlər", - deyə Ravkov bildirib.

Söhbət, iki ölkə parlamentləri, hökumətləri, nazirlikləri və hətta pandemiya dövründə də Azərbaycan və Belarus vətəndaşlarının rifahı naminə ünsiyyət qurmağa, əməkdaşlığa davam edən ictimai təşkilatların birgə işindən gedir.

Respublikalar arasında əməkdaşlığın inkişafına müxtəlif sahələrdə bağlanmış 120-dən çox müqavilə və razılaşmanı özündə birləşdirən normativ-hüquqi baza da kömək edir.

Pandemiyaya baxmayaraq iqtisadi əməkdaşlıq davam etdirilir

Pandemiya ilə əlaqədar yaranan məhdudiyyətlərdən danışan Andrey Ravkov ikitərəfli münasibətlərin inkişafının sabitliyinə də diqqət çəkdi: "Pandemiya dünyada həyatın bütün təzahürlərinə öz təsirini göstərdi, hər şeyə təsir etdi, bununla hesablaşmaq məcburiyyətindəyik, lakin buna baxmayaraq, Azərbaycanla Belarus arasındakı münasibətlər qorunub saxlanıldı və hətta gücləndirildi".

İki ölkə arasında qarşılıqlı ticarətdə artım da davam edir. 2020-ci ildə Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 500 milyon dollar təşkil edib.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

"2021-ci ilin dörd ayı ərzində ticarət dövriyyəsi artıq 252 milyon dollara çatıb. Bu, indidən ilin sonundakı yekun nəticəyə nikbin baxmağımıza imkan verir. Ancaq bununla kifayətlənməməliyik və bu istiqamətdə çalışmağa davam edəcəyik", - deyə səfir bəyan edib.

Onun sözlərinə görə, sənaye kooperasiyasının flaqmanlarından biri də Gəncə Avtomobil Zavodudur. Zavod Belarus maşınqayırma məhsullarının birgə yığılması əsasında fəaliyyət göstərir. Bu müəssisədə Belarusun MTZ traktorları yığılır, eləcə də digər avadanlıqların istehsalı həyata keçirilir: MAZ avtomobilləri, kənd təsərrüfatı texnikaları, qoşqular və Azərbaycan xalq təsərrüfatında tələb olunan digər maşın və texniki avadanlıqlar.

"Hətta pandemiya dövründə belə, ümumilikdə Azərbaycanın ticarət dövriyyəsi, ixracat və idxal baxımından əməkdaşlıq etdiyi ilk 15 ölkə arasında olmuşuq. Eyni şəkildə, Belarusun ticarət dövriyyəsində də Azərbaycan bu mövqedə qərarlaşır, yəni, ilk 15 ölkə sırasındadır", - deyə diplomat vurğulayıb.

O, Bakının Belarus neft emalı zavodlarına neft tədarükünün şaxələndirilməsi məsələsinin həllində verdiyi töhfəyə də toxunub.

"Keçən il Azərbaycan Respublikası Belarusa təxminən 800 milyon ton neft tədarük etdi ki, bu, bizim ölkənin iqtisadiyyatının bu sektoruna əhəmiyyətli töhfə oldu. Bu il isə artıq 300 min tondan çox neft tədarük edilib və Azərbaycanla Belarus arasındakı müqaviləyə əsasən, bu rəqəm milyon tona çatdırılacaq", - deyə Andrey Ravkov qeyd edib.

Belarus Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına kömək edəcək

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə Bakıda keçirdiyi görüşdə kənd yaşayış məntəqələrində həyatın yenidən qurulmasında Belarus təcrübəsinə marağını ifadə edərək Belarus şirkətlərini azad edilmiş ərazilərdə dinc həyatın bərpasında iştiraka dəvət etdi.

Diplomat onu da xatırlatdı ki, görüşün yekunlarına əsasən, iki ölkənin liderləri Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində iştirakı, 3D modelləşdirmə xidmətlərinin göstərilməsi və mütəxəssislərimizin Azərbaycanda nəqliyyat infrastrukturunun bərpasında iştirakı barədə razılığa gəliblər.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

Səfirin sözlərinə görə, azad edilmiş Azərbaycan torpaqlarının bərpasına və inkişafına Belarusun verə biləcəyi töhfələrdən biri də bu bölgələrə Belarusun elektro-avtobuslarının tədarükü ola bilər.

"Biz bu torpaqlarda olmuşuq, orada hələ çox iş görülməlidir. Möhtərəm İlham Əliyev bu ərazilərin inkişafı və bərpasında "ağıllı şəhər", "ağıllı kənd", ekologiya, ekologiya və bir daha ekologiya prinsipinə köklənib. Bizim "Belkommunmaş" bu çərçivədə çox yaxşı işlər görə bilər", - deyə Sputnik-in həmsöhbəti vurğulayıb.

Belarus mütəxəssislərinin şəhər və qəsəbələrin, o cümlədən aqro şəhərciklərin dizaynında və tikintisində iştirakı da planlaşdırılır, artıq prezidentlər Əliyev və Lukaşenko görüş zamanı bu barədə danışıblar. Belaruslar Azərbaycanın geri qaytarılmış bölgələrində nəqliyyat infrastrukturunun inkişafına kömək etməyə hazırdırlar.

Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlıq

Diplomat Belarusun yeni təyin olunmuş müdafiə nazirinin ilk rəsmi səfərinin Azərbaycana etməsini simvolik hal kimi qiymətləndirir. Sözügedən səfər Belarus Prezidentinin Bakıya aprel səfərindən sonra baş tutub və əsas məqsəd iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirməkdir.

Ravkovun sözlərinə görə, iki ölkənin müdafiə nazirləri Viktor Xreninlə Zakir Həsənov bu sahədə ilk "qığılcım"ı alovlandırıblar ki, bu da hərbi-texniki əməkdaşlıq sahəsində mövcud razılaşmaları daha da inkişaf etdirməyə imkan verəcək.

Viktor Xrenin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb. Eyni zamanda, Belarusun "Milex-2021" hərbi sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyinin rəhbəri ilə də danışıqlar aparıb və bir sıra mühüm əhəmiyyətli müəssisələrə baş çəkib.

Belarus prezidenti bu yaxınlarda Belarusun hərbi-sənaye kompleksi obyektlərinə baş çəkərkən hərbi-sənaye kompleksinin atıcı silahlar sahəsinin inkişafı ilə bağlı konkret niyyətlərini dilə gətirib.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

"Azərbaycan tərəfinin bu istiqamətdə müəyyən nailiyyətləri var, biz bir sıra zavodlara baş çəkdiyimiz vaxt bunun şahidi olmuşduq. Belarusun müdafiə naziri də həmin zavodlardan birində oldu və məncə, birgə əməkdaşlıqda bu sahədə müəyyən maraqlarımız və perspektivlərimiz var", - deyə Andrey Ravkov qeyd edib.

Belarusa qarşı sanksiyalar və beynəlxalq aləmdə qarşılıqlı dəstək

Belarus və Azərbaycan beynəlxalq təşkilatlar və forumlar çərçivəsində bir-birini dəstəkləyir. Bir sıra Avropa strukturlarının Belarusa qarşı tətbiq etdiyi sanksiyalardan da danışan Andrey Ravkov, onları müdafiə edənlər barədə öz fikirlərini bildirib.

"Qoy bu iş sanksiyaları tətbiq edən insanların vicdanına qalsın. Sanksiyaların insanlara təsir etməyəcəyi barədə deyilənlər ağ yalandır. Bu sanksiyalar insanlara təsir göstərəcək. Ancaq düşünürəm ki, biz buna davam gətirəcəyik", - deyə səfir bəyan edib.

Andrey Ravkov belə hesab edir ki, Azərbaycan və Belarusun beynəlxalq platformalarda qarşılıqlı dəstəyi hər iki ölkəyə kömək edir.

"Azərbaycan 50-dən çox beynəlxalq təşkilatın, müxtəlif beynəlxalq platformaların üzvüdür. Qarşılıqlı dəstək, tam şəffaflıq, tolerantlıq, hər bir vəziyyətdə ağlabatan yanaşma çərçivəsində Azərbaycan və Belarus bir-birinə kömək edir. Yalnız bunlar ünsiyyət quran, dost olan, bir-birinə kömək əlini uzadan ölkələrin hazırki "təlatümlü" dünyada yaşamasına, davam gətirməsinə imkan verir", - deyə Belarusun Azərbaycandakı səfiri vurğulayıb.

Böyük Vətən müharibəsinin başlamasından 80 il ötdü

Sputnik-in bu barədə sualını cavablandıran Ravkov azərbaycanlıların Böyük Vətən müharibəsi illərində həm döyüş meydanlarında, həm də əmək cəbhəsində nümayiş etdirdikləri şücaəti yada salıb.

"Böyük Vətən müharibəsi dövrü Sovet xalqının həyatındakı ən çətin, ən faciəli mərhələ idi. Əlbəttə ki, Azərbaycan torpağının oğulları da, Azərbaycan xalqı da ümumi Qələbəyə öz töhfəsini verdi - həm ön, həm də arxa cəbhədə. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı Sovet ordusu sıralarına qoşuldu və təəssüf ki, onların yarıdan çoxu bu müharibədən qayıtmadı. Azərbaycanın 128 qəhrəman oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, bu çox böyük rəqəmdir. İnsanlar, həqiqətən, çox böyük qəhrəmanlıq göstərdilər", - deyə Ravkov vurğulayıb.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

"Ancaq Azərbaycan zəhmətkeşlərinin tarixində bir şanlı səhifə də var ki, bu da neft sahəsi ilə bağlıdır. Bir sıra mütəxəssislərin qiymətləndirməsinə görə, Azərbaycan neftçiləri ölkənin neft məhsullarına olan ehtiyacının 80% -dən çoxunu təmin ediblər. Təbii ki, müharibə vaxtı süvarilərdən istifadə olunurdu, döyüş əməliyyatlarını aparmaq üçün atlı qüvvəsinə ehtiyac vardı, amma açıq danışsaq, bu, mühərriklərin müharibəsi idi. Mühərriklər isə yanacaq tələb edirdi. Və bütün bu yanacağın, yağların, sürtkü yağlarının 80%-i Bakıdan göndərilirdi", - deyə Belarusun Azərbaycandakı səfiri qeyd edib.

Andrey Ravkov Belarus torpaqlarının azad edilməsində iştirak edən azərbaycanlıları da yada salıb. Onların arasında - Minsk, Molodeçno, Vileyka və Bobruysk uğrunda döyüşlərdə birbaşa iştirak edən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank briqadasının komandiri Həzi Aslanov da var. Azərbaycanda olduğu kimi, Belarusda da onun abidəsi ucaldılıb.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank briqadasının komandiri Həzi Aslanovun qəbri üzərinə əklil qoyub
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank briqadasının komandiri Həzi Aslanovun qəbri üzərinə əklil qoyub

"Əlbəttə ki, biz Baranoviçi şəhərinin işğaldan azad edilməsində iştirak edən sadə azərbaycanlı zabit, tank tağımının komandiri Nəcəfqulu Rəfiyevi də xatırlayırıq. Və Belarusun Bakıdakı səfirliyinin binasının məhz Rəfiyev küçəsində yerləşməsi təqdirəlayiq haldır", - deyə diplomat vurğulayıb.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı zabit, tank tağımının komandiri Nəcəfqulu Rəfiyevin qəbri üzərinə əklil qoyub
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı zabit, tank tağımının komandiri Nəcəfqulu Rəfiyevin qəbri üzərinə əklil qoyub

O, alman-faşist işğalçılarının darmadağın edilməsində böyük rol oynamış Minsk vilayətinin Çerven rayonunda fəaliyyət göstərən "Pravda" partizan briqadasının təxribat qrupunun rəhbəri Məmməd İsayevi də yada salıb.

"Qələbə uğrunda var gücü ilə döyüşmüş, canından keçmiş bütün insanların qarşısında baş əyir, onlara minnətdarlığımı bildirirəm", - deyə Ravkov müharibə iştirakçılarını ehtiramla yad edib.

O, böyük təəssüf hissi ilə bildirib ki, Belarusun azad edilməsində iştirak edən azərbaycanlılardan yalnız 13 nəfər sağ qalıb.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

"Sovet xalqının Böyük Vətən müharibəsindəki rolundan danışarkən bu xalqın necə güclü ruha sahib olduğunu mütləq yada salmalıyıq. Çünki bu güc, qələbəyə inam olmadan heç nəyə nail olmaq mümkün olmazdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" sadəcə bir şüar və ya təbliğat deyildi. Bu, hər kəsin əməl etdiyi şüar idi. Bütün bunlar böyük hörmətə layiqdir. Azərbaycan xalqı Sovet xalqının bir hissəsi kimi bu Qələbəyə layiqli, əhəmiyyətli töhfəsini verdi", - deyə Sputnik-in həmsöhbəti vurğulayıb.

O, qələbənin əhəmiyyətini, sovet xalqının ümumi qələbəyə verdiyi töhfənin mahiyyətini kiçiltməyə cəhd göstərən bəzi analitiklərə cavab olaraq isə bəyan edib: "80 il əvvəl bütün sovet xalqı bir ailə kimi öz vətənini qorumaq üçün ayağa qalxdı. Bu heç də asan iş deyildi, çox böyük problemlər var idi. Ancaq biz nə qədər ki, bu qələbəni xatırlayırıq, bu barədə danışırıq yenilməz və müstəqil olacağıq".

Pandemiya görüşlərə maneə deyil

Söhbət əsnasında koronavirus pandemiyasına da toxunan səfir dedi ki, bu dövrdə ən çox şəxsi əlaqələr zərər görüb.

İnsanlar onlayn şəkildə görüşmək məcburiyyətində qalıb, demək olar ki, bütün tədbirlər ləğv edilib, ziyarətlər dayandırılıb və xidmət sektoruna ciddi ziyan dəyib. Hamının bu qeyri-adi, misli görünməmiş vəziyyəti yaşadığı aydındır. Ancaq Ravkov belə hesab edir ki, bu vəziyyət bizi ruhdan salmamalıdır, əksinə, birgə fəaliyyət üçün yol aramağa sövq etməlidir. İyun ayında Azərbaycanda keçirilən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının oflayn sərgiləri də bunu bir daha təsdiqləyir.

"İndi dünyada heç bir həkim pandemiyanın nə vaxt başa çatacağını, bundan sonra nə baş verəcəyini dəqiq deyə bilməz. Düzdür, peyvəndə, kollektiv immunitetin yaranacağına ümidi var, ancaq konkret vəziyyətin nə vaxt düzələcəyini söyləmək çətindir. Baş verənlər vəziyyətin nə qədər gözlənilməz olduğunu bir daha sübut etdi. Ancaq oturub gözləmək olmaz, biz işləməliyik, görüşlər keçirməliyik və Belarus prezidentinin Azərbaycana səfəri, eləcə də hər iki ölkənin nazirlərinin səfərləri buna yaxşı nümunə oldu", - deyə səfir vurğulayır.

© Sputnik / Murad OrujovBelarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı
Belarus Qarabağın bərpasına necə kömək edəcək? - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Belarus Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkov müsahibə zamanı

Onun sözlərinə görə, tədricən idman sahəsindəki əməkdaşlıq da canlanır: May ayında Bakıda Belarus Respublikasının yığma komandası Bədii Gimnastika üzrə Dünya Kubokunda yaxşı nəticə göstərdi (bir gümüş və üç bürünc medal). İyunun əvvəlində Belarus və Azərbaycan milli futbol komandaları Minskdə yoldaşlıq görüşü keçirdi. Hərçənd, bu qarşılaşma belaruslar üçün uğursuz oldu – oyun 1: 2 hesabı ilə başa çatdı.

Azərbaycanda Belarus məhsullarını xoşlayırlar

Pandemiyaya baxmayaraq, Belarus məhsulları əvvəllər olduğu kimi indi də Azərbaycandakı supermarketlərin piştaxtalarında öz yerini alır. Və dərhal satılır.

"Belarus məhsulları Azərbaycanda çox məşhurdur və yüksək qiymətləndirilir. Özü də yalnız "Belorusski" markasının dükanlarında deyil. İstənilən böyük mağazaya getsəniz, orada Belarusun kolbasa, ət, süd məhsulları, müxtəlif növ pendirləri, kərə yağı, süd, kəsmik, xama, qaymağını görə bilərsiniz. Və bu kiçik addımlarla da olsa, irəliləmək üçün bir səbəbdir", - deyə Belarus səfiri Andrey Ravkov əminliklə bildirib.

Belarus səfiri adından Müstəqillik Günü münasibətilə təbrik

Andrey Ravkov Sputnik Azərbaycan xəbər agentliyinə verdiyi eksklüziv müsahibənin sonunda bütün Belarus vətəndaşlarını qarşıdan gələn bayram - Müstəqillik Günü münasibətilə təbrik edib.

"Arzularım çox sadədir: sülh, əmin-amanlıq, firavanlıq! Qoy hamının canı möhkəm, qəlbi rahat olsun. Bu dünyadan arzuladıqları qədər sevinc, ləzzət ala bilsinlər. Bayramınız mübarək!" – deyə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov müsahibəsini bu sözlərlə yekunlaşdırıb.

Xəbər lenti
0