SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Antalya Diplomatiya Forumuna qatılacaq və çoxsaylı ikitərəfli görüşlər keçirəcək.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələrlə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu barədə

"Antalya Diplomatiya Forumu ilə diplomatiyada sahədə və masadakı nüfuzumuzun düşüncə sahəsində gücləndirilməsini də hədəfləyirik".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

İyunun 17-də Cənubi Avropa Əməkdaşlıq Prosesi Zirvəsi (GDAÜ) Xarici İşlər Nazirləri Yığıncağı, günortadan sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi Zirvənin təşkil ediləcəyini vurğulayan Çavuşoğlu 1996-cı ildə qurulan GDAÜ-nün 13 ölkənin hamısını eyni masa ətrafında bir araya gətirən yeganə təşkilat olduğunu söyləyib.

GDAÜ-nün növbəti sədrliyini 1 iyul 2020-ci ildə Kosovodan təhvil alan Türkiyənin prosesi üçüncü dəfə öz üzərinə götürdüyünü söyləyən Çavuşoğlu Türkiyənin də 1 iyul 2021 tarixindən etibarən növbəti sədrliyi Yunanıstana təhvil verəcəyini vurğulayıb.

Növbəti sədrliyi müddətində enerji, qadın, mütəşəkkil cinayətkarlıqla mübarizə, əkinçilik, miqrasiyaya nəzarət və məşğulluq kimi mövzularda 40-dan çox tədbir təşkil etdiklərini ifadə edən Çavuşoğlu bunları deyib:

"Zirvəyə 8 ölkənin dövlət və ya hökumət başçıları iştirak edəcək, 9 ölkənin xarici işlər nazirləri də nazirlərin görüşünə qatılacaq. Digər ölkələr də fərqli səviyyələrdə təmsil olunacaq. Avropa İttifaqından isə "ev sahibi ölkə qonağı" olaraq Ali Nümayəndə Borrell iştirak edəcək.

"İclaslarda bölgədəki ümumi vəziyyəti və son inkişafları müzakirə edəcəyik. Bölgənin gələcək 10 il üçün iqtisadiyyat və inkişaf hədəflərini müəyyənləşdirən Cənub-Şərqi Avropa 2030 Strateji Sənədi də Zirvədə qəbul ediləcək".

Xəbər lenti
0