22:22 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
SİYASƏT
Qısa URL
67010

Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

 

BAKI, 3 iyun — Sputnik. Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, mətndə bildirilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcək. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm".

Eləcə də oxuyun:

  • Makrondan Əliyevə məktub: Həmsədr olduğunu yada saldı

  •  Si Cinpin: Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır

  •  Dünya liderləri Azərbaycan Prezidentini təbrik edirlər

Teqlər:
Kim Çen In, İlham Əliyev, təbrik, Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü

Əsas mövzular