23:14 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
SİYASƏT
Qısa URL
529331

İranın xarici işlər naziri Azərbaycan Prezidenti ilə görüşündə ölkəsinin Qarabağla bağlı niyyətini açıqlayıb. Səfərin məramı və İranın bölgədəki növbəti addımları barədə Sputnik Azərbaycan-ın siyasi şərhçisi Elvin Səlimovun yazısında.

BAKI, 25 may — Sputnikİran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edib. Regionda yeni geosiyasi şəraitin formalaşdığı bir vaxtda İran XİN rəhbərinin səfəri diqqətlə izlənilir.

Sputnik Azərbaycan İran XİN rəhbərinin səfərinin önəmi haqqında Milli Məclisin deputatı Fazil Mustafa və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib.

Millət vəkili Fazil Mustafa hesab edir ki, İran bölgənin əhəmiyyətli ölkəsi kimi sülh quruculuğu prosesinə töhfəsini verə bilər. Onun fikrincə, İran indiyə qədərki proseslərdə Ermənistana dəstəkverici yanaşmalar sərgiləsə də, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra cənub qonşumuz daha konstruktiv mövqe sərgiləməyə başlayıb:

“İranda kimlərinsə Azərbaycan əleyhinə sərsəm bəyanatları bu ölkənin rəsmi dövlət mövqeyinin ifadəsi deyil. Bu ölkənin dövlət siyasəti sülh və əmin-amanlığın təmin edilməsi istiqamətindədir. Biz İranla dostluq münasibətlərinin davam etməsini istəyirik və bu ölkə bizim istəyimizə normal yanaşacaqsa, bizim cənub qonşumuzla hər hansı problemimiz yoxdur”.

Millət vəkili qeyd edib ki, İran Azərbaycanla dostluğu Ermənistan kimi İslam düşmənçiliyi aparan, müsəlman qanı içməyi həyati ideal seçmiş bir ölkə ilə dostluğa dəyişərsə, bu, İslam Respublikasının özünün zərərinə ola bilər: “Bu səfərin konstruktiv müzakirələrin və İranın bölgədə aktiv rolunun təmin edilməsinə imkan yaradacağını deyə bilərik. İran qonşu ölkə kimi bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı olmalıdır. Bölgədə sülh və sabitliyin olması iqtisadi inkişafı təmin edəcək. Bu, İranın da xeyrinədir”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrrəddin Soltan isə deyib ki, iki ölkə arasında belə səfərlərin olması əməkdaşlığın inkişafına və mövcud problemlərin həllini tapmasına təkan verir. Onun sözlərinə görə, son vaxtlar Azərbaycan-İran sərhədində yaranmış gərginliklər bu səfərin əhəmiyyətinə diqqəti artırır: “Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həllini tapmasında gələcəkdə İran da öz dəstəyini verə bilər. İran Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində maraqlı tərəfdir. Hesab edirəm ki, görüşlərdə müzakirə olunacaq məsələlərdən biri Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlıdır. Həmçinin ola bilər ki, İran tərəfi Azərbaycanın azad etdiyi ərazilərdə quruculuq işlərinin aparılması üçün layihələrlə çıxış etsin”.

Politoloq bildirib ki, post-pandemiya ərəfəsində İrana qarşı tətbiq edilən sanksiyaların böyük bir hissəsinin ləğv ediləcəyi ilə bağlı xəbərlər gəlir:

“Sanksiyalar ləğv olunarsa, İran enerji resurslarının Azərbaycan vasitəsilə daşınması məsələsi, güman edirəm ki, müzakirələrin predmetinə çevrilə bilər. İki ölkə arasında müzakirə ediləcək kifayət qədər əhəmiyyətli mövzular var”.

Qeyd edək ki, bu gün Cavad Zərif Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkələr arasında əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını və həmçinin Qarabağın bərpasında İranın iştirak etmək niyyətini dilə gətirib. Azərbaycan lideri regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışların olduğunu, İran və Azərbaycanın iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməli olduqlarını vurğulayıb.

Eləcə də oxuyun:

* Региональное турне Зарифа - что на повестке

* İlham Əliyev: "İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməlidir"

* "Daha da artığını edə bilərik" - Məhəmməd Cavad Zərif

* Cavad Zərifdən sərt addım: İsraili dəstəkləyən ölkəyə səfərini ləğv etdi

Cavad Zərif İlham Əliyevə: "Tarixi bir rol oynaya bilərsiniz"

* Cavad Zərif general Süleymani və Rusiya haqqında dediklərinə görə üzr istəyib

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

 

Teqlər:
İran, Azərbaycan, bölgə, Məhəmməd Cavad Zərif, səfər, ekspert, şərh, Qarabağ, enerji

Əsas mövzular