SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Belarusla birgə plan hazırlayacaq: Lukaşenko Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев и Президент Беларуси Александр Лукашенко выступили с заявлениями для прессы
Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Беларуси Александр Лукашенко выступили с заявлениями для прессы - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.

BAKI, 22 may - Sputnik. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Aleksandr Lukaşenko həmkarına Belarusun dəstəklənməsinə və bu ölkəyə karbohidrogen xammalı göndərilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər.

Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.

Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib.

Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyinə gəldikdə, dövlət başçıları əməkdaşlıq istiqamətlərini və Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsini geniş müzakirə ediblər. Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.

Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir. Bu sahədə də Belarus təcrübəsinə ciddi maraq müşahidə edilir.

Bütövlükdə qarşıdakı görüşlər çərçivəsində belaruslu inşaatçıların və digər mütəxəssislərin Azərbaycanda görəcəyi işlərin konkret planları hazırlanacaq.

Eləcə də oxuyun:

* Zakir Həsənov Belarusun müdafiə nazirinə başsağlığı verib

*Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər

*Prezident Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

Xəbər lenti
0