SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın baş naziri Moskvaya gedib

© Photo : AZƏRTACAzərbaycanın Baş naziri Rusiyaya rəsmi səfərə gəlib
Azərbaycanın Baş naziri Rusiyaya rəsmi səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Azərbaycanın Baş Naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və hökumət üzvləri ilə görüşəcək.

BAKI, 19 may - Sputnik. Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına iki günlük rəsmi səfəri başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAzərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib
Azərbaycanın baş naziri Moskvaya gedib - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib

Əli Əsədovun səfəri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Bakıya səfəri zamanı planlaşdırılıb.

Azərbaycanın Baş Naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və hökumət üzvləri ilə görüşəcək.

Xəbər lenti
0