SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Naxçıvana səfər edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib
Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 10.05.2021
Abunə olmaq
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

BAKI, 10 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 10.05.2021
CƏMİYYƏT
İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Dövlətimizin başçısı məzarların üzərinə gül dəstəsi qoyub. O, babası Əlirza Əliyevin məzarının üzərinə də gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Ölkə başçısı mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əlliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib - Sputnik Azərbaycan
1/6
Prezident İlham Əlliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında - Sputnik Azərbaycan
2/6
Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEV
Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında - Sputnik Azərbaycan
3/6
Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEV
Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib - Sputnik Azərbaycan
4/6
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında - Sputnik Azərbaycan
5/6
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında - Sputnik Azərbaycan
6/6
1/6
Prezident İlham Əlliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib
2/6
Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında
3/6
Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında
4/6
5/6
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında
6/6

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında  iştirak edib.

Bu gün Culfa-Ordubad magistral avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. 

Dövlət başçısı “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

İlham Əliyev daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub.

İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.

Qeyd edək ki, bu gün səhər Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

* Prezident ailəsi ilə Cəbrayıl və Zəngilanda

* Ermənilər İlham Əliyevin Zəngilanda çəkilmiş fotolarını görüb qorxuya düşdülər

Xəbər lenti
0