19:03 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
SİYASƏT
Qısa URL
28

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Birləşmiş Ştatlar Azərbaycan tərəfindən saxlanılan üç erməninin azad olunmasını alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Katibi Entoni Blinken öz "Twitter" səhifəsində yazıb.

"Birləşmiş Ştatlar Azərbaycan tərəfindən saxlanılan üç erməninin azad olunmasını alqışlayır. Hər iki tərəfi də bütün məhbuslar, saxlanılan şəxslər və qalıqlar üçün mübadilə müddətini tam və sürətlə başa vurmağa və onları saxlanılan şəxslərlə bağlı insani rəftarı təmin etmək öhdəliklərinə hörmət etməyə çağırırıq", - deyə Blinken bildirib.

Qeyd edək ki, ötən gün "Caliber.az" məlumat yayıb ki, Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.

"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib", - deyə xəbərdə bildirilir.

Həmin hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib.

Teqlər:
Azərbaycan, Ermənistan, dövlət katibi, ABŞ, Entoni Blinken

Əsas mövzular