13:40 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
18 0 0

Ceyhun Bayramov münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığını vurğulayıb.

BAKI, 26 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcının etimadnaməsinin surətini qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən verilən məlumata görə, nazir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Cahit Bagçının Azərbaycan üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və ərazilərimizin azad olunduğunu vurğulayaraq, bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini qeyd edib. Münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı arasında görüş
    © AR Ministry of Foreign Affairs
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı arasında görüş
    © AR Ministry of Foreign Affairs
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı arasında görüş
    © AR Ministry of Foreign Affairs
1 / 3
© AR Ministry of Foreign Affairs
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı arasında görüş

Səfir Cahit Bağcı qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir Cahit Bağçı iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.

Teqlər:
Cahit Bağcı, görüş, Ceyhun Bayramov, səfir, Türkiyə, Azərbaycan

Əsas mövzular