12:30 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
1193 0 0

Avropa Şurası üzv olan dövlətlərdə gedən hüquqi, siyasi proseslərə, insan haqları ilə bağlı problemlərə konvensiyaların tələbləri baxımından yanaşmalı, münasibət bildirməli, mövqe sərgiləməlidir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. AŞPA-nın yaz sessiyası davam etdiyi bir vaxtda II Qarabağ müharibəsinə münasibət sessiyanın gündəmində yer alıb. Avropa Parlamentinin Prezidenti David Sassoli çıxışında bildirib ki, ötən il Avropa Şurasına üzv olan iki ölkə arasında müharibə baş verməsi dövlətlər arasında münaqişələrin dondurulmuş qala bilməyəcəyini göstərdi.

Sputnik Azərbaycan beynəlxalq qurumların gecikmiş bəyanatlarının səbəblərini araşdırıb.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Elşən Manafov bildirib ki, Azərbaycan Avropa Şurasının digər üzv dövlətləri kimi, insan haqları, demokratiya və qanunların aliliyinin qorunması və təmin olunması ilə bağlı 1996-cı ilin konvensiyalarına imza atmış dövlətlərdəndir və bu öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır: “Amma Avropa Şurası da üzv olan dövlətlərdə gedən hüquqi, siyasi proseslərə, insan haqları ilə bağlı problemlərə məhz bu konvensiyaların tələbləri baxımından yanaşmalı, münasibət bildirməli, mövqe sərgiləməlidir. Halbuki AŞPA-nın indiyə qədər qəbul etdiyi qərarlarda Azərbaycana münasibətdə ikili mövqe və standartlar olub və bu gün də var.

Məsələn, AŞPA hələ 2006-cı ildə Azərbaycanda çirkli pulların yuyulması, lobbiçilik fəaliyyəti adı altında bəzi avropalı siyasətçilərin satın alınması, insan haqları sahəsində problemlərin olduğunu qeyd etmiş, sonrakı illərdə də Azərbaycanda siyasi məhbuslar, məhkəmə hakimiyyətinin demokratiya ilə bir araya sığmayan fəaliyyəti ilə bağlı qərarlar qəbul etmiş, Azərbaycan hakimiyyətinin diqqətini bu problemlərin həlli ilə bağlı məsələlərə yönəltməyi tövsiyə etmişdi".

Ekspert deyir ki, əslində, Azərbaycanda korrupsiya, kölgə iqtisadiyyatı ilə bağlı problemlərin olduğunu hakimiyyət özü də zaman-zaman etiraf etmiş, bu problemlərə qarşı qanunvericilik çərçivəsində mübarizənin aparılacağı bəyan edilmişdi:

"Bununla belə, AŞ nədənsə problemləri görür, lakin onlara qarşı görülən tədbirlərlə bağlı mövqe sərgiləmirdi. O cümlədən Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının pozulmuş insan haqları ilə bağlı məsələlərə də AŞPA heç də həmişə qanunvericiliyin və demokratiyanın tələb etdiyi çərçivədə mövqe sərgiləməmiş, adekvat qərarlar qəbul etməmişdir. Ancaq Azərbaycanın 44 günlük savaşda əldə etdiyi qələbə Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə və yeni reallıqların yaranmasına səbəb olduğundan AŞPA yenidən Azərbaycanla münasibətləri bu yeni geosiyasi və geoiqtisadi reallıqlar konteksində qurmağa çalışır.

Belə ki, bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılması, bölgə vasitəsilə yeni tranzit layihələrinin həyata keçirilməsi üçün perspektiv imkanlar, bölgədə nüfuz dairəsi uğrunda genişlənməkdə olan geosiyasi rəqabət və ən nəhayət Azərbaycanın Avropa enerji bazarında getdikcə artmaqda olan payı və çəkisi bu birliyin Azərbaycana münasibətdə sərgilədiyi mövqenin əsas səbəblərindəndir. Lakin avropalı siyasətçilər gözəl başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayana qədər bölgədə dayanıqlı və uzunmüddətli barışığa nail olmaq, təhlükəsizlik və sabitliyi təmin etmək mümkün olmayacaq, bu isə investisiyaların gələcək müqəddəratının sual altına qoyulması deməkdir. Böyük pullar isə sakitliyi çox sevir".

Teqlər:
etiraf, Azərbaycan, Ermənistan, AŞPA

Əsas mövzular