SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İşğaldan azad edilən ərazilərdə yeni hərbi prokurorluqlar yaradıldı

© AFP 2023 / ARIS MESSINISАзербайджанский флаг в селе Шурнух, фото из архива
Азербайджанский флаг в селе Шурнух, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Sərəncama əsasən Prokurorluqların yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görülməldir.

BAKI, 1 aprel - Sputnik. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla bir sıra hərbi prokurorluqlar yaradılıb:

Qubadlı Hərbi Prokurorluğu;

Kəlbəcər Hərbi Prokurorluğu;

Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

Nazirlər Kabineti:

- Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli;

- Sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli;

- Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti
0