CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda önəmli görüş olacaq: anonsu Düşənbədə verildi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку.
Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Azərbaycanla Pakistanın mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri Düşənbədə müzakirə olunub, Bakıda isə yüksəksəviyyəli daha bir görüş gözlənilir.

BAKI, 30 mart — Sputnik. Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Делегация ВВС Пакистана находится с визитом в Азербайджане - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Pakistan Hərbi Hava Qüvvələrinin rəhbərliyi Azərbaycana niyə gəlib?

Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.

Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0